Bu gün səhər saatlarında Tehran–Məşhəd sərnişin qatarının vaqonlarından biri Məşhəd dəmir yolu stansiyasına daxil olarkən relsdən çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri snn.ir nəşri yayıb.
Hadisənin saat 08:00 radələrində baş verdiyi, xəsarət alanların olmadığı bildirilib.
İlkin məlumatlara görə, qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə texniki qruplar göndərilib.
Bizim.Media