ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ-ın Türkiyədəki səfiri Tom Barak vasitəsilə Türkiyə Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanla Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı mütəmadi məsləhətləşmələr aparır. Bu barədə Stiv Vitkoff öz sosial hesabında bildirib.
Vitkoff əlavə edib ki, tərəflər arasında Ukrayna ilə bağlı məsələlər də müzakirə olunur.
Azərbaycanla Ermənistan arasında sülh sənədi ABŞ-da paraflanıb. Hazırda iki ölkə arasında sülh istiqamətində danışıqlar davam edir.
Aytac