EN

Azərbaycandan BƏƏ yə pul köçürmələri 60% artıb

Banco.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 11 milyon 217 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 201 min dollar və ya 59,9% çoxdur. 2024-cü ilin yanvar-iyun aylarında bu məbləğ 7 milyon 16 min dollara bərabər olub. 

Qeyd edək ki, birinci yarımildə Azərbaycandan BƏƏ-yə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 4,7% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
2
banco.az

9Sources