EN

Azərbaycanla Özbəkistan arasında "Əməkdaşlıq Proqramı” imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanla Özbəkistan arasında "Əməkdaşlıq Proqramı”imzalanıb.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, əvvəlcə Özbəkistan Baş Prokurorluğunda ikitərəfligörüş keçirilib.

"Görüşdə ölkəmizin nümayəndə heyətini səmimi salamlayanÖzbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev dövlətlərimizarasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıqmünasibətlərindən, o cümlədən prokurorluq orqanları arasında olanyüksək səviyyəli əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadəedib. O, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalqtəşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeydedərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlımünasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinəəminliyini bildirib".

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimiqəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızınÜmummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqlidavamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilənÖzbəkistan - Azərbaycan münasibətlərinin siyasi, iqtisadi, mədənivə digər sahələrdə də inkişaf etdirildiyini, hər iki dövlətbaşçısının siyasi iradələrinin təzahürü kimi 23 avqust 2024-cü iltarixdə Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası iləÖzbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqındaMüqavilə”dən sonra reallaşan strateji layihələrin ölkələrimizi dahada yaxınlaşdıracağını, xalqlarımızın rifahına xidmət göstərəcəyiniqeyd edib:

Baş prokuror, həmçinin 44 günlük Vətən müharibəsində əldə olunantarixi zəfərdən sonra, Özbəkistan dövləti tərəfindən Qarabağdaaparılan geniş quruculuq bərpa işlərinə göstərilmiş dəstəyi xüsusivurğulayaraq, 23 avqust 2023-cü il tarixdə inşa olunan MirzəUluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışını, hər iki dövlətbaşçısının iştirakları ilə cari ilin 2 iyul tarixində Bakışəhərində Özbəkistan səfirliyinin yeni binasının açılışını və həmintarixdə dövlət başçıları tərəfindən “Özbəkistan” parkının təməlininqoyulmasını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirəedilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafındafikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Baş prokurorlar tərəfindən mövcud sahəviəlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə ÖzbəkistanRespublikasının Baş Prokurorluğu arasında 2026-2027-ci illər üçünnəzərdə tutulmuş Əməkdaşlıq Proqramı” imzalanıb.

Proqramda tərəflərin “Cinayət yolu əldə edilmiş aktivlərininxaricdən qaytarılması mexanizmləri” mövzusunda seminarda,prokurorluq orqanlarının kadr hazırlığı və ixtisasartırılması üzrəÖzbəkistan Respublikasının Hüquq-mühafizə Akademiyasının illikkonfransında iştirakları, həmçinin “Prokurorun işlərə məhkəmələrdəbaxılmasında iştirakı” mövzusunda seminarın və “Prokurorluqorqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması” mövzusunda“dəyirmi masanın” təşkili nəzərdə tutulub.

Bundan başqa, Baş prokuror Kamran Əliyev sentyabrın 25-də TürkDövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının4-cü iclasında iştirak edib.

Baş prokuror çıxışında mühüm tədbirin təşkilinə görə ÖzbəkistanRespublikasının Baş prokuroru Niqmatulla Yuldaşevə dərinminnətdarlığımı bildirib, Azərbaycan Respublikasında Prezidentİlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətininəsas istiqamətlərindən biri kimi rəqəmsallaşma və elektronidarəetmənin inkişafı olduğunu vurğulayaraq, AzərbaycanProkurorluğunun fəaliyyətində müasir informasiya-kommunikasiyatexnologiyalarının tətbiqini işıqlandırıb.

Nümayəndə heyətinin səfəri davam edir.

Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Chosen
18
21
az.trend.az

10Sources