EN

Yeni qayda: Artıq itlərə də vergi tətbiq ediləcək

İtaliyanın Bolzano şəhəri 2026-cı ildən etibarən turistlərin gətirdiyi itlərə gündəlik 2 dollar vergi tətbiq edəcək.

Publika.az xəbər verir ki, “CCN”in məlumatına görə, qaydaya əsasən, şəhərdə yaşayan it sahibləri hər il 100 avro, turistlər isə gündə təxminən 2 dollar vergi ödəyəcək.

Bildirilib ki, qərar turizmin yaratdığı təzyiqi azaltmaq, küçələrin təmizlənməsi və yeni it parklarının maliyyələşdirilməsi məqsədi daşıyır.

"Bu ədalətli tədbirdir, çünki yalnız it sahiblərinə aiddir. Əks halda, səkilərin təmizlənməsi yükü bütün cəmiyyətin üzərinə düşərdi. Qeyd etməliyəm ki, küçələrimizdəki yeganə çirklənmə it tullantılarıdır", - deyə Bolzano Əyalət Şurasının üzvü Luis Ualçer qeyd edib.

Chosen
12
publika.az

1Sources