EN

Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərindin qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib

Bildirilib ki, qaz təchizatında məhdudiyyətin yaranmasına səbəb Sumqayıt şəhərinin 21-ci məhəlləsində 89 mm-lik qaz xəttində sızmaların aradan qaldırılmasıdır.

Bununla əlaqədar olaraq 700 abonentin qaz təchizatı sentyabrın 25-də saat 17:00-dan etibarən işlər tam başa çatana qədər dayandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
12
bakivaxti.az

10Sources