Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.
Ölkə.Az Komitəyə istinadən xəbər verir ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd "iPhone17", 4 ədəd "iPhone16", 15 ədəd "Apple" markalı qələm, 8 ədəd "apple" markalı qulaqlıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara bildirib ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.