EN

Türkiyə ilə Almaniya arasında üçillik dönər savaşı rəsmən bitdi

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Türkiyə, Almaniya ilə populyar türk dönəri (şaurmaya yaxın "qohum", lakin biraz fərqli hazırlanma forması) səbəbiylə davam edən mübahisəni davam etdirməkdən imtina edib.

Qaynarinfo xəbər verir ki, bunu "Bild" yazıb.

Dövlətlərarası mübahisə üç ildən çox davam edib. İstanbulda yerləşən Beynəlxalq Dönər İttifaqı (Udofed), dönərin "ənənəvi delikates" kimi və tək ənənəvi resept ilə Avropa İttifaqında rəsmi qeydiyyatını tələb edirdi. Uzun illərdir böyük bir Türk icmasının yaşadığı Almaniyada dönər böyük populyarlıq qazanıb, lakin onun resepti zamanla almanların ağız dadına uyğunlaşdırılıb. Ancaq Türkiyə, Aİ-də dönərin tam olaraq ənənəvi resepti ilə - Almaniyada adi olan ət növləri, tərəvəz əlavələri və souslar olmadan qeydiyyatdan keçməsini tələb edirdi.

Əgər Türkiyənin müraciəti qəbul edilsəydi, Aİ üzrə bütün fast-fud punktları ənənəvi türk reseptindən ən kiçik kənarlaşmada belə dönəri dönər adlandırmaq hüququna malik olmayacaqdılar. Bu isə almanların müqavimətini səbəb olub. Almaniya versiyası olan dönərin müdafiəsində federal hökumətin nazirləri belə ictimai şəkildə çıxış edib.

"Bild" qeyd edir ki Türkiyə üç illik mübarizədən sonra bu iddiadan əl çəkib.

"Dönərin ənənəvi delicates kimi qeydiyyat müraciəti 23 sentyabr 2025-ci ildə geri götürülüb. Bu avtomatik olaraq prosedurun dayandırılması deməkdir", deyə "Bild"ə Avropa Komissiyasında məlumat veriblər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
qaynarinfo.az

1Sources