EN

Xaçikyandan yeni sərsəmləmələr: erməni müxalifətinə radikal çağırışlar və revanşist ritorika


Stanford Universitetinin siyasi elmlər üzrə doktoru Artur Xaçikyan çıxış edərək bildirib ki, Ermənistanın müxalifət qüvvələri ya siyasi səhnəni tərk etməli, ya da fəaliyyət üsullarını köklü şəkildə dəyişməlidirlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, 168 JAM verilişində danışıb.

O, Samvel Karapetyanın həbsini qanunsuz adlandıraraq, onun ifadələrinin zorakılığa çağırış kimi təqdim olunmasının əsassız olduğunu vurğulayıb.

Xaçikyan çıxışında Ermənistanın gələcəyi ilə bağlı kəskin və emosional fikirlər səsləndirib. O, Ermənistanın ciddi strateji risklər qarşısında dayandığını, xüsusilə də Sünik bölgəsində demoqrafik dəyişiklik təhlükəsi olduğunu iddia edib. Onun sözlərinə görə, “yüzminlərlə azərbaycanlının geri qayıda” və bu, yeni müharibə riskini gündəmə gətirə bilər.

Erməni revanşist politoloq həmçinin baş nazir Nikol Paşinyanı ölkəni “fəlakətə sürükləməkdə” günahlandırıb və istefaya çağırıb. Lakin onun çıxışında diqqəti çəkən əsas məqam, siyasi dialoqun və islahatların əhəmiyyətindən çox, düşmən obrazının qabardılması və revanşist ritorikanın ön plana çıxmasıdır.

Musavat.com

Chosen
3
1
musavat.com

2Sources