Bakının Yasamal rayonu, İslam Səfərli küçəsində su xəttində baş verən problem aradan qaldırılıb.
Bu barədə Far.Az-ə ADSEA-nın mətbuat xidmətindən bildirilib.
***14:41
Bakının Yasamal rayonu, İslam Səfərli küçəsində su xəttində aparılan bərpa işləri sakinlər üçün narahatlıq yaradıb.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Sakinlərin sözlərinə görə, nəticədə ərazidəki zirzəmiləri su basıb:
"İşçilər kollektor su xətlərini kəsib, axan suyun qarşısını bağlayıb. Yığılan su zirzəmilərə dolub".
Məsələ ilə əlaqədar aidiyyatı qurumla əlaqə saxladıq. Məlumat verildikdə xəbərə əlavə olunacaq.
Hadisə yerindən görüntüləri təqdim edirik: