EN

Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafı enerji saxlama sistemlərini zəruri elementə çevirir - "Nobel Energy"

Bakı. Trend:

Bərpa olunan enerji mənbələrindən gələn enerji sisteminəyüklənmənin artması şəbəkənin sabitliyini təmin etmək üçün enerjisaxlama sistemlərinin tətbiqini tələb edir.

Trend xəbər verirki, bunu “Nobel Energy” şirkətinin bərpaolunan enerji sahəsindəkilayihələr üzrə direktoru Can Aslan Bakıda keçirilən “Azərbaycan -Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi"ndə çıxışında deyib.

Can Aslanın sözlərinə əsasən, enerji sistemində bərbaolunanenerji mənbələrinin payının artması şəbəkədə əlavə yüklənməyə səbəbolacaq ki, bu enerji saxlama sistemlərindən istifadəni zəruriedir.

“Bu gün Avropada şəbəkəyə qoşulma icazələri alınarkənoperatorlar artıq layihə sahiblərini bərpaolunan enerjimənbələrinin yaratdığı disbalansı kompensasiya etmək üçün enerjisaxlama sistemlərini işə salmağa məcbur edir. İndi bu yanaşmaAzərbaycanda da tətbiq olunur”, - deyə o bildirib.

Can Aslan əlavə edib ki, “Azərenerji” şəbəkənin stabilliyiniartıracaq iri həcmli enerji saxlama sistemi layihəsini həyatakeçirir.

“Enerji saxlama sistemləri yalnız şəbəkənin balansını vəstabilliyini saxlamaq üçün deyil, həm də güc kompensasiyası,sinxronizasiya və sistemdəki dalğalanmalara operativ reaksiyanıntəmin olunması üçün zəruridir", - deyə o bildirib.

Məqalədə:
Chosen
18
az.trend.az

1Sources