EN

Aktyor Müşfiq Şahverdiyev qalmaqallı videosundan danışdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nə qədər qəribə səslənsə də, süni intellekt bu gün həyatımızın hər anında var. İşimizi asanlaşdırdığı, sərf etdiyimiz zamanı qısaltdığına görə qulağımıza xoş gəlsə də, bəzən süni intellekt həm də bizi aldatmaq, dələduzluq etmək gücündədir.
Aktyor Müşfiq Şahverdiyev onun simasından istifadə edilərək mərc oyunlarının reklamında istifadə edilməsi barədə Baku TV-yə açıqlama verib.
M.Şahverdiyev qeyd edib ki, adının mərc oyunlarında hallanması onun ciddi narahatlığına səbəb olub:
"Sözügedən videonun rəy bölməsinə baxanda gördüm ki, buna inananlar var. Hətta məni qumarı "reklam" etdiyimə görə söyürdülər. İstəmirəm ki, izləyicilərim haqqımda belə şeylər fikirləşsinlər".
Mövzu ilə əlaqədar keçirilən sorğu zamanı paytaxt sakinləri də süni intellektlə yaradılan videoların real olmadığını ayırd etməkdə çətinlik çəkdiklərini bildiriblər.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, gələcəkdə belə hallar daha da intensiv olacaq. Ona görə də vətəndaşlar bu məsələdə diqqətli olmalıdırlar.
Ətraflı videomaterialda:
Chosen
18
oxu.az

1Sources