EN

Ukrayna Kremlə zərbə endirə bilər

Rusiya müharibəni dayandırmasa, Ukrayna Kremlə zərbə endirə bilər. Bunu Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı bəyan edib.

O, həmçinin ABŞ prezidenti Donald Trampın Moskvaya danışıqlar masasına oturmağa məcbur edəcək silahların verilməsi barədə “fikirləşəcəyini” vəd etdiyini bildirib.

"Tramp onunla çərşənbə axşamı keçirilən şəxsi görüşdə “bunun üzərində işləyəcəyik” deyib",  -  Axios-a müsahibəsində Zelenski qeyd edib.

O əlavə edib ki, əgər müharibə davam etsə, “Kremldə işləyən məmurlar yaxınlıqdakı sığınacağın harada olduğunu bilməlidirlər”.

Zelenski əlavə edib ki, Tramp Ukraynanın Rusiyanın energetika obyektlərinə və müdafiə zavodlarına cavab zərbələrini dəstəkləyir.

“Əgər onlar bizim energetikamıza hücum etsələr, prezident Tramp Rusiyanın energetikasına cavab verməyimizi dəstəkləyir”, —  o bildirib.

N.Təbrizli

Chosen
3
anews.az

1Sources