EN

"Məqsədimiz basketbolu kütləviləşdirməkdir"

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayevin sözlərinə görə, federasiyanın əsas məqsədi ölkədə basketbolun kütləviləşdirilməsini təmin etmək və bu idman növünə olan marağı artırmaqdır.

90deqiqe.Az-ın məlumatına görə, yeni mövsümlə bağlı keçirilən tədbirdə çıxış edən ABF prezidenti qeyd edib ki, basketbol təkcə meydandakı mübarizə deyil, eyni zamanda cəmiyyət üçün əyləncə və sosial bir platformadır:

“Çalışırıq ki, insanlar basketbolu sevsinlər. İdmanın bu növünün geniş şəkildə inkişaf etməsi üçün zamana ehtiyac var. Üç-dörd il öncə Azərbaycanda demək olar ki, oturuşmuş klub sistemi yox idi. Yalnız NTD klubunu nümunə göstərmək olardı. Lakin bu gün vəziyyət dəyişir və artıq bölgələrimizi də təmsil edən komandalar formalaşır.”

Prezident bildirib ki, federasiya həm də klubların dayanıqlığını təmin etmək üçün sponsorların cəlbinə xüsusi diqqət yetirir:

“Hədəfimiz odur ki, hər il ən azı bir-iki komandaya yeni sponsor qazandıraq. Bu gün liqada yer alan 12 klubun yarısı artıq tam şəkildə formalaşıb. Bu, bizim üçün böyük uğurdur və davamlı inkişafın göstəricisidir.”

Basketbolun ölkə üzrə daha geniş yayılması və gənclər arasında populyarlaşdırılması istiqamətində atılan bu addımlar idmanın gələcəyi üçün möhkəm təməl yaradır.

Chosen
33
90deqiqe.az

1Sources