EN

Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib

Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) prezidenti seçilib.

Bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

AƏFF-nin bu gün baş tutan növbəti hesabat seçki konfransında ilk olaraq qurumun prezidenti Elşad İbrahimli 2020-2025-ci illər ərzindəki fəaliyyətləri barədə hesabat verib. Ardından federasiya prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli yenidən qurumun prezidenti seçilib.

Etimada görə konfrans iştirakçılarına təşəkkürünü bildirən E.İbrahimli növbəti 5 illik fəaliyyəti dövründə əlillər futbolunun inkişafı üçün əlindən gələni edəcəyini deyib.

Sonda İdarə Heyətinin üzvlüyünə namizədlərlə bağlı səsvermə keçirilib. İlqar Aslanov, Nəbi Nəbiyev, Abas Hüseynov, Günay Məmmədova, Əjdər Abdullayev və Nurəddin Tağıyev quruma üzv seçiliblər.

"Cebheinfo.az" 

Chosen
31
18
cebheinfo.az

10Sources