EN

Ülviyyə İlyasovanın məhkəməsi başlayır

Qanunsuz tibbi müdaxilə nəticəsində vətəndaşın səhhətinə zərər vurulması faktı üzrə cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Axar.az-a Yasamal rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Ülviyyə Hüseynağa qızı İlyasovanın qanunsuz tibbi fəaliyyət göstərməsi nəticəsində Mila Sabir qızı Əlibəyovanın səhhətinə zərər vurulması ilə bağlı vətəndaşın müraciəti üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılaraq cinayət işi başlanıb.

İstintaqla Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz "liposaksiya-piysovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham elan edilib, həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat Yasamal rayon məhkəməsi tərəfindən təmin edilmədiyindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
34
olaylar.az

10Sources