EN

"Real Madrid"in istədiyi Saliba son qərarını verdi

"Arsenal"ın müdafiəçisi, "Real Madrid"in transfer siyahısında olan Vilyam Saliba gələcək karyerası ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Atletic" yayıb.

Məlumata görə, "topçular" yeni anlaşma ilə bağlı arxa xətt oyunçusu ilə razılığa gəliblər. Mənbə tərəflərin yaxın vaxtlarda müqavilə yeniləyəcəklərini vurğulayıb.

24 yaşlı oyunçunun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Saliba "Arsenal" forması ilə meydana çıxdığı 139 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
17
1
fanat.az

2Sources