EN

Sabah Bakıda və bölgələrdə güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 26-da güclü külək əsəcək.

Far.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Yevlax, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, İmişli, Şabran, Xızı, Siyəzən, Qax, Zaqatala, Balakən, Şəki, Şamaxı, Oğuz, Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Ağsu, Göyçay, Şirvan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Daşkəsən, Qobustan, Gəncə, Naftalan və Goranboyda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

***15:03

Növbəti 2 gün ərzində Azərbaycanda havanın temperaturu enəcək.

Bu barədə Far.Az-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı axşamdan 28-i səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Sentyabrın 26-sı günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Chosen
10
49
far.az

10Sources