EN

Bu FOTOdakı uşaqların ikisi də öldü, ana infarkt oldu

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

İstanbulun Eyüpsultan rayonunda iki azyaşlı uşaq yediyi yeməkdən sonra zəhərlənərək ölüb.

Milli.Az xəbər verir ki, 4 yaşlı Alparslan və 2 yaşlı Melisa Rabia Birkent 22 sentyabrda yeməkdən sonra qusma şikayəti ilə xəstəxanaya aparılıb. İlk tibbi müdaxilədən sonra evə buraxılan uşaqların vəziyyəti ertəsi gün yenidən pisləşib. Həkimlərin bütün səylərinə baxmayaraq, qardaş və bacı dünyasını dəyişib.

Hadisədən şoka düşən ana Aleyna Birkent infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Ata Yücel Birkent və ana həkim nəzarətindədir.

Polis və prokurorluq hadisə ilə bağlı istintaq aparır. Hadisənin səbəbi araşdırılır.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
4
news.milli.az

5Sources