EN

“Alimlər açıqladı: Gündə bir butulka sizi depressiyaya sala bilər”

Alimlər qazlı içkilərin bağırsaq mikrobiomuna təsir edərək, xüsusilə qadınlarda depressiya riskini artıra biləcəyi fikrini ortaya qoyublar.

Yenisabah.az xəbər verir ki, “DailyMail”in məlumatına görə, qazlı içkilərin uzun müddətdir çəki artımı və diş çürüməsi ilə əlaqəli olduğu bilinirdi, lakin Almaniyada aparılan yeni bir araşdırma bu içkilərin psixi sağlamlıq üzərində də mənfi təsirlər yarada biləcəyini göstərib.

“Qazlı içki istehlakı və bağırsaq mikrobiomu dəyişikliklərinin vasitəçilik etdiyi depressiya” adlanan həmin araşdırma “JAMA” tibb jurnalında dərc olunub.  Sezar pizza

Tədqiqatda qazlı içki istifadəsi ilə əsas depressiv pozuntu (MDD) arasındakı mümkün əlaqə araşdırılıb.

Alimlər əsasən bağırsaq mikrobiomundakı "Eggerthella" və "Hungatella" bakteriyalarına diqqət yetiriblər. Əvvəlki nəticələr bu bakteriyaların depressiyadan əziyyət çəkən insanlarda daha yüksək səviyyədə olduğunu göstərmişdi.

Araşdırmada depressiya diaqnozu qoyulmuş 18-65 yaş arası 405 xəstədən nümunələr götürülərək bakteriyaların sıxlığı ölçülüb və nəticələr depressiya diaqnozu olmayan 527 nəfərlə müqayisə edilib.

Tədqiqatın baş müəllifi Dr. Şarmili Edvin bildirib ki, cinsiyyət faktorunun bağırsaq mikrobiomuna fərqli təsiri var və buna görə də qadınlar qazlı içkilərdən daha çox təsirlənirlər.

Mütəxəssislər qazlı içkiləri “geniş yayılmış, amma qarşısı alına bilən risk faktoru” adlandıraraq, həkimlərin pasiyentlərinə sağlam qidalanma çərçivəsində bu içkiləri azaltmalarını tövsiyə etməli olduqlarını vurğulayıblar.

Bundan başqa, Braziliyada aparılan digər bir araşdırmada gündə cəmi bir dietik qazlı içki istehlakının beyində zəifləmə riskini artıra biləcəyini göstərib. 

Aspartam kimi süni şirinləşdiricilərin isə uzun müddətdir xərçəng və ürək xəstəlikləri ilə əlaqəli olduğu məlumdur.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
1
yenisabah.az

1Sources