Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu layihəsi üçün torpaq sahələrinin alınması bu ilin sonunadək tamamlanacaq.
Â
Sitat.info xəbər verir ki, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq məlumat verib.
Â
Onun sözlərinə görə, bu məsələ Tehranın strateji mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır və İran Prezidenti Məsud Pezeşkian dəhlizlərin bərpasına xüsusi önəm verir.
Â
Nazir bildirib ki, dəmir yolunun təxminən 10 kilometrlik hissəsinə səfəri zamanı ümidverici məlumatlar əldə edib və yaxın vaxtlarda prezidentə hesabat təqdim edəcək.
Â
Fərzanə Sadiq qeyd edib ki, Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüşdə əsas müzakirə mövzularından biri Rəşt-Astara dəmir yolu olacaq, həmçinin yüklərin daşınması ilə bağlı razılaşmaların da davam etdiriləcəyi gözlənilir.