EN

Ukraynaya 140 milyard avro kredit verilsin - Merz

Almaniya Rusiyanın AB ölkələrində dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya təxminən 140 milyard avro faizsiz kredit verilməsini dəstəkləyir.

Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Britaniyanın “Faynənşl Tayms” qəzetindəki məqaləsində bildirib.

"Düşünürəm ki, 140 milyard avro dəyərində faizsiz kredit verə biləcəyimiz həyati əhəmiyyətli həll variantını hazırlamaq lazımdır. Bu kredit yalnız Rusiya bu müharibə zamanı Ukraynaya vurduğu zərəri kompensasiya etdikdən sonra ödəniləcək. O vaxta qədər, Avropa Şurasının qərarına əsasən, Rusiyanın aktivləri dondurulmuş vəziyyətdə qalacaq", - o yazıb.

Chosen
12
1
axar.az

2Sources