EN

Bosch Almaniyada əlavə 13 min iş yerini ixtisar edəcək

Şirkət ümumilikdə 22 min nəfərin işdən çıxarılacağını təsdiqləyib...

Poliqon xəbər verir ki, Almaniyanın ən böyük sənaye şirkətlərindən biri olan Bosch növbəti kütləvi ixtisar qərarı qəbul edib. Şirkət yaxın zamanda ölkə daxilində daha 13 min iş yerini ləğv edəcək. Bu ixtisarlar həm zavodlara, həm də mərkəzi ofislərə, satış və idarəetmə bölmələrinə şamil olunacaq.

Bosch-un kadrlar direktoru Stefan Qroş “BILD” qəzetinə açıqlamasında bildirib ki, qərar yalnız daxiliyanma mühərrikləri və elektromobil hissələri istehsal edən zavodlarla məhdudlaşmayacaq, şirkətin əsas idarəetmə və satış strukturlarını da əhatə edəcək.

Xatırladaq ki, Bosch bundan əvvəl 9 min iş yerinin ixtisarı ilə bağlı planlarını elan etmişdi. Beləliklə, ümumilikdə 22 min nəfər işsiz qalacaq.

Sənaye mərkəzləri olan Foyerbax, Vayblingen (buradakı istehsal müəssisəsi tamamilə bağlanacaq), Şviberdingen, Bül və Saarland əyalətində yerləşən Homberq zavodları ixtisarların əsas hədəfi olacaq. Şirkət bu addımı “struktur dəyişiklikləri, dünya avtomobil bazarındakı sərt rəqabət və elektromobil sektoruna keçid” ilə əsaslandırır.

Maliyyə göstəricilərinə gəlincə, Bosch 2024-cü ildə cəmi 3,8% gəlirlilik əldə edib. Şirkət 2025-ci il üçün isə gəlirlərin cəmi 2% artacağını proqnozlaşdırır.

Poliqon.info

Chosen
14
poliqon.info

1Sources