EN

ABŞ və Kanada Alyskada rus bombardman təyyarələrinə qarşı qırıcıları havaya qaldırıb

NORAD rus təyyarələrinin beynəlxalq hava məkanında uçduğunu açıqlayıb...

Poliqon xəbər verir ki, ABŞ və Kanada birgə Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) Alyska sahillərində iki rus strateji bombardmançısı Tu-95 və iki qırıcı Su-35 aşkar edib. Hadisədən sonra onların qarşısını almaq üçün ABŞ Hərbi Hava Qüvvələri dörd F-16 qırıcısı, bir E-3 tipli kəşfiyyat təyyarəsi və dörd KC-135 yanacaqdaşıyan təyyarəsini havaya qaldırıb.

NORAD-ın məlumatına görə, rus təyyarələri beynəlxalq hava məkanında qalıb və ABŞ və ya Kanadanın sərhədlərini pozmayıb. Bununla belə, komandanlıq qeyd edib ki, “identifikasiya zonasına daxil olan bütün uçuş aparatları milli təhlükəsizlik maraqları naminə dərhal tanınmalıdır”.

Mütəxəssislər bildirirlər ki, Rusiya hərbi aviasiyasının digər ölkələrin sərhədlərinə yaxın uçuşları mütəmadi xarakter daşıyır. Lakin son həftələr bu cür insidentlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Məsələn, yaxın zamanda iki rus hərbi təyyarəsi Estoniyanın hava məkanını pozub, həmçinin Baltik dənizi üzərində Almaniyanın Eurofighter qırıcıları planlı uçuş və dispetçerlərlə əlaqə olmadan havaya qalxan rus İl-20M kəşfiyyat təyyarəsini müşayiət edib.

Poliqon.info

Chosen
5
poliqon.info

1Sources