Sentyabrın 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində Bəndər-Abbas şəhərində yerləşən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan limana baş çəkib.
Â
Nazirlər Kabinetindən Senzor.az-a bildirilib ki, nümayəndə heyəti limana baxış keçirib və onun infrastrukturu ilə tanış olub. İranın yol və şəhərsalma nazirinin müavini Səid Rəsuli liman və onun fəaliyyəti haqqında ətraflı məlumat təqdim edib.
Â
Görüş zamanı mümkün əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Â
Bəndər-Abbas şəhərinə səfər zamanı Baş nazirin müavini Şahin Mustafayev ilə Hormuzqan əyalətinin valisi Məhəmməd Aşouri Taziani arasında görüş keçirilib və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.