EN

Gözəlləşmək üçün görünüşünü itirən DÜNYA MƏŞHURLARI - SİYAHI

Bəzi dünya məşhurları gözəlləşmək uğuruna olan-qalan görünüşlərini də itiriblər. Bu məşhurlar arasında müğənnilər feneomenlər və başqa tanənmış simalar var. Onlar əməliyyat masasına yataraq plastik əməliyyatla dəyişməyə çalışıblar. Lakin bu əməliyyatlar uğursuz nəticələr verib. "Uğursuz plastik əməliyyat" deyəndə, adətən gözlənilən nəticədən fərqli və ya mənfi təsir bağışlayan dəyişikliklər nəzərdə tutulur. Bəziləri illər ərzində etdikləri plastik əməliyyatlara görə tənqid olunublar. Bəziləri isə bu əməliyyatlardan peşman olduqlarını da etiraf ediblər.

Far.Az uğursuz plastik əməliyyat etdirən dünya məşhurlarının siyahısını təqdim edir:

Fenomen Coselin Vildenşteyn

O cəmiyyətdə əməliyyat etdiyi plastik əməliyyatlar səbəbindən "Pişik qadın" kimi tanınıb. Pişiyə bənzəmək istəyi ilə çoxsaylı plastik əməliyyatlar etdirib. Uğursuz plastik əməliyyatların simvoluna çevrilib.

Müğənni Maykl Cekson

Məşhur müğənni burnunu dəfələrlə əməliyyat etdirib, dərisinin rəngi də dəyişib. Sonrakı illərdə üz cizgiləri təbii görünüşünü itirmişdi.

Modelyer Donatella Versace

Dodaqları, burunu əməliyyat etdirib. Üz dartma əməliyyatı da etdirib. Tez-tez plastik əməliyyatlarla dəyişmiş görünüşünə görə tənqid olunur.

Aktyor Mikki Rurk

Boks zamanı aldığı zədələri düzəltmək üçün əməliyyatlar etdirib. Bundan sonra üz cizgiləri təbii olmayan hala düşüb, özü də bir neçə dəfə əməliyyatlardan peşman olduğunu deyib.

Müğənni və model Amanda Lepor

Cinsiyyət dəyişdirmə əməliyyatı daxil olmaqla, çoxsaylı plastik müdaxilələr etdirib. Qeyri-təbii görünüşü ilə tanınır, lakin özü bunu fərdiyyət ifadəsi kimi qəbul edir.

Şou ulduzu Haydi Montaq

Eyni gündə 10 plastik əməliyyat etdirib. Sonradan çox peşman olduğunu və psixoloji olaraq böyük təsir gördüyünü deyib.

Chosen
2
2
far.az

3Sources