EN

Kursantlarla bağlı YENİ QƏRAR

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası və müddəti təsdiqlənib.

Far.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qayda "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna uyğun olaraq hazırlanıb və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydasını və müddətini müəyyən edir.

Bu qayda müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə xüsusi təyinatlı təhsil müəssisələrindən xaric edilən kursantlara, həqiqi hərbi xidmətdən ehtiyata və həqiqi hərbi xidmətdən istefaya buraxılan həmin təhsil müəssisələrini bitirmiş kadr zabitlərə və gizirlərə (miçmanlara) (təqvim hesabı ilə azı 10 il zabit heyəti vəzifələrində xidmət etmiş kadr zabitlər və təqvim hesabı ilə azı 5 il gizir (miçman) heyəti vəzifələrində xidmət etmiş gizirlər (miçmanlar) istisna olmaqla) şamil olunur.

Xüsusi təyinatlı təhsil müəssisələrində ali təhsil və ya orta ixtisas təhsili alan kursantların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərclər aşağıdakılardır:

- xüsusi təyinatlı təhsil müəssisəsinə qəbula görə birdəfəlik ödəmənin məbləği;

- xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən kursantlara müvafiq qaydada ödənilən pul təminatı (əməkhaqqı);

- kursant təqaüdlərinin məbləği;

- kursant müavinətinin məbləği;

- ailə üzvlərinə maddi yardımın məbləği;

- hesabda yığılan ödənişin faiz gəlirləri ilə birlikdə məbləği;

- dövlət icbari şəxsi sığorta xərcləri;

- xüsusi təyinatlı təhsil müəssisəsini bitirməyə görə birdəfəlik pul mükafatının məbləği (əgər ödənilmişdirsə);

- təhsil müddətində mübadilə proqramı çərçivəsində respublikanın digər müəssisələrinə, habelə xarici ölkələrin tədris müəssisələrinə göndərilməsi ilə əlaqədar xərclər (ödənilən təhsil haqları, əlavə olaraq ödənilən yaşayış xərcləri, viza xərcləri, nəqliyyat xərcləri və sığorta).

Xüsusi təyinatlı təhsil müəssisələrində ali təhsil və ya orta ixtisas təhsili alan kursantların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərc hər tədris ili kursantların hazırlanmasına çəkilmiş xərclərin məcmusunu təşkil edir.

Chosen
1
10
far.az

10Sources