EN

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Yevlax, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, İmişli, Şabran, Xızı, Siyəzən, Qax, Zaqatala, Balakən, Şəki, Şamaxı, Oğuz, Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Ağsu, Göyçay, Şirvan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Daşkəsən, Qobustan, Gəncə, Naftalan və Goranboyda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

Chosen
14
43
anews.az

10Sources