EN

Bir Avropa ölkəsi Netanyahuya sanksiya tətbiq edib

Sloveniya hakimiyyəti İsrailin baş naziri Benyamin Netanyahuya qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“Netanyahu müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətdiyi üçün mühakimə olunur”,- açıqlamada bildirilib.

Netanyahunun ölkəyə girişi qadağan edilib. Sloveniya 2024-cü ildə Fələstinin dövlətçiliyini tanıyıb.

Sentyabrın 21-də Portuqaliya, Kanada, Avstraliya və Böyük Britaniya Fələstinin dövlətçiliyini rəsmən tanıyıb.

//Gülnarə Abasova, Editor.az

Chosen
1
editor.az

1Sources