EN

Ərdoğanla Tramp iki saatdan çox danışdı - Yeniləndi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında görüş başlayıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, Tramp həmkarını Ağ Evin qarşısında qarşılayıb.

Onlar Nyu- Yorkda baş tutan BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir araya gəliblər.

***

Ağ Evdə baş tutan görüş iki saat iyirmi dəqiqə davam edib.

Oval Ofisdə keçirilən təkbətək görüşdən və heyətlər arasında nahardan sonra ABŞ Prezidenti Türkiyə liderini qapıya qədər müşayiət edib.

Chosen
52
12
news24.az

10Sources