BAKI, 25 sentyabr. TELEQRAF
Türkiyə Almaniyada dönərinənənəvi türk yeməyi kimi qeydiyyata alınmasına dair məhkəmə iddiasını geri götürüb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Müraciət bu il sentyabrın 23-də geri götürülüb və bu da prosedurun avtomatik olaraq dayandırılması anlamına gəlir.
Əgər məhkəmə Türkiyənin xeyrinə qərar çıxarsaydı, Almaniyada fəaliyyət göstərən iaşə müəssisələrinin 80-90 faizi "dönər" adından istifadə hüququnu itirəcəkdi. Bu da ölkədə dönərçilik fəaliyyətinin qadağan olunma riskini artıra bilərdi.