EN

Azərbaycan və Estoniya arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxkna ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlər Azərbaycan və Estoniya arasında dialoqun siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər vasitəsilə intensivləşdirilməsinin vacibliyini vurğulayaraq, ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını qeyd ediblər.

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın regionda sülh quruculuğu səyləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və Vaşinqton sammitinin yekunları barədə estoniyalı həmkarını məlumatlandırıb.

Tərəflər BMT və digər beynəlxalq platformalarda, ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.

Chosen
2
23
azertag.az

10Sources