EN

İtaliya İsrail-Fələstin münaqişəsində ikidövlətli həllin tərəfdarıdır

Roma, 25 sentyabr, AZƏRTAC

İtaliya İsrail-Fələstin münaqişəsində ikidövlətli həllin tərəfdarıdır.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında deyib.

Baş nazir bildirib ki, ölkəsi ikidövlətli həll haqqında Nyu-York Bəyannaməsini imzalayıb. Bu, İtaliyanın Fələstin məsələsində tarixi mövqeyidir, heç vaxt dəyişməyib.

“Müharibəyə son qoymaq üçün konkret həll yollarına ehtiyac var. Çünki sülh təkcə çağırışlarla və ya sülh istəməyənlərin qəbul etdiyi ideoloji çağırışlarla qurulmur. Sülh səbirlə, cəsarətlə, ağlabatanlıqla qurulur”, - deyə o qeyd edib.

Ciorcia Meloni Fələstin dövlətinin rəsmən tanınması ilə bağlı isə bunları deyib: “Hesab edirik ki, Fələstinin tanınmasının iki mühüm ilkin şərti olmalıdır: bütün israilli girovların azad edilməsi və HƏMAS-ın Fələstinin idarə olunmasında hər hansı rolundan imtina etməsi”.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Chosen
10
3
azertag.az

5Sources