EN

“BMT nin heç bir qətnaməsi yerinə yetirilmədi” Mahmud Abbas

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“BMT-də mindən çox qətnamə qəbul edilsə də, onlardan heç biri yerinə yetirilmədi. Qətnamələrin heç biri bu faciəvi vəziyyəti dayandırmağa kifayət etmədi”.

525.az xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının 80-ci sessiyasında videobağlantı ilə çıxışı zamanı bildirib.

O, beynəlxalq ictimaiyyətin Fələstin xalqının yanında olmasının vacibliyini vurğulayıb:

“Qəzzada müharibəni təcili və daimi olaraq dayandırmalıyıq. İkincisi, BMT agentlikləri bu torpaqlara girməli və aclıqdan silah kimi istifadə edilməməlidir. Bizə yardım göndərən ölkələrin qarşısındakı maneələr aradan qaldırılmalıdır. Hər iki tərəf girovları azad etməli və Fələstin ərazilərinin ilhaqı dayandırmalıdır”.

Fələstin prezidenti dinc, hüquqi, demokratik mübarizəni davam etdirəcəklərini söyləyib: “Nə qədər əziyyət çəksək də, iradəmiz qırılmayacaq. Fələstin bizimdir. Qüds ürəyimizdəki ləl-cəvahirdir. Paytaxtımızdır. Vətənimizi, torpağımızı tərk etməyəcəyik. Biz bu müqəddəs torpaqlardan ümid mesajları yaymağa, sülh körpüləri qurmağa davam edəcəyik”.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
525.az

1Sources