Çinin Ciansu əyalətində həkimlər ürək çatışmazlığının son mərhələsində olan beşyaşlı uşağa süni ürəyi uğurla implantasiya ediblər.
E-saglam.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, dünya tibb tarixinə yaşda ən aşağı, çəkidə ən yüngül xəstəyə süni ürək implantasiyası əməliyyatı kimi düşüb. Doqquz saat davam edən əməliyyat avqustun 20-də əyalətin paytaxtı Nankin şəhərindəki Tibb Universitetinin uşaq xəstəxanasında aparılıb. Çəkisi 13 kiloqram olan uşağa 3 il əvvəl nadir və ağır xəstəlik olan restriktiv kardiomiopatiya diaqnozu qoyulub. Onun vəziyyəti iyul ayında kəskin şəkildə pisləşib, nəticədə həyatı üçün təhlükə yaranıb. Tibb qrupu bu yaşda uşaqlar üçün donor ürək çatışmazlığını nəzərə alaraq, transplantasiya üçün körpü kimi iki mədəcikli süni ürək implantını seçib.
Uşaq əməliyyatdan cəmi bir həftə sonra normal qidalanmağa başlayıb və qısa məsafələr qət edə bilib.
E-saglam.az