Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U17 dünya çempionatı keçirilir.
55 kq çəki dərəcəsində təmsilçimiz Ülviyyə Musayeva finalda yaponiyalı Reisa Kojimaya 4:0 hesabıyla qalib gələrək dünya çempionu olub.
Ülviyyə Musayeva yarımfinalda polşalı Aqata Kuçarskaya 3:2 hesabıyla qalib gəlmişdi.
80 kq çəki dərəcəsində isə Nihad Süleymanlı finalda gürcüstanlı Nuradin Mustafayevə 3:0 hesabıyla qalib gələrək dünya çempionu tituluna yiyələnib.
Nihad Süleymanlı yarımfinalda iranlı Abulfazl Saadatiyə 4:0 hesabıyla qalib gələrək dünya çempionatının finalına yüksəlmişdi.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.