Ağ Evin Oval kabinetində ABŞ və Türkiyə liderləri – Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.
KONKRET.az bu barədə “Milliyet” qəzetinə istinadla xəbər verir.
Tərəflər arasında görüş təqribən 2 saat 18 dəqiqə davam edib.
Tramp türkiyəli həmkarını qapıya qədər müşayiət edib. Qeyd edək ki, iki lider 6 ildən sonra ilk dəfə Ağ Evdə görüşüb.