EN

Premyer Liqada üç nəfər üçün “qapılar bağlandı”

Premyer Liqanın 6-cı turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Üç nəfər həftəsonu baş tutacaq matçları kənardan izləyəcək.

Bunlar “Neftçi”dən İqor Ribeyro, “İmişli”dən Rafael Vieqas, “Araz-Naxçıvan”dan Slavik Alxasovdur.

Əcnəbi müdafiəçilər öncəki turlardakı qırmızı vərəqələrin bədəlini ödəyir. Slavik isə “Qarabağ”la görüşdə meydandan qovulmağın cəzasını çəkəcək.

Sentyabrın 26-da “İmişli” – “Zirə”, “Qarabağ” – “Qəbələ”, ertəsi “Şamaxı” – “Araz-Naxçıvan”, “Neftçi” – “Karvan-Yevlax”, sentyabrın 28-də “Turan Tovuz” – “Kəpəz”, “Sabah” – “Sumqayıt” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
11
sportinfo.az

1Sources