EN

“Atam istəyirdi ki, oğul nəvəsi olsun” - Video

Xalq artisti Röya Ayxan uzun zaman sonra konsert proqramı ilə çıxış edib.

OLAY-ın məlumatına görə, məşhur məkanların birində performans göstərən sənətçi jurnalistlərin suallarını cavablandırıb.

Pop ulduz qardaşı İsmayılın yeni doğulan oğlu Mete Beyazdan, mərhum atası Yaqub Nəcəfovdan danışıb.

Sənətçi deyib ki, Mete onun üçün xilaskardır:

“Mete Beyaz mənim xilaskarımdır. “Öl” desə, ölərəm. O, məni tutdu, ayağa qaldırdı, saxladı. İki aydır onu qucaqlamışam, onunla yaşayıram. Qızın ailəsi zəng edir ki, İstanbula gəlsinlər. Deyirəm ki, dəyməyin, mən hələ özümə gəlməmişəm, getməsin. Gəlinə deyirəm ki, ikincini də dünyaya gətir, bunu ver, get. Deyir, yox… Atam nəvəsi üçün bir çəhrayı oyuncaq almışdı, bir də boz rəngdə papış. O papışı tez geyindirdim. Sonradan vəziyyəti ağırlaşdı, heç nə edə bilmədik. Huşu özündə olanda iki cür almışdı hər şeyi. Çox istəyirdi ki, oğlunun oğlu olsun. Deyirdi, nəvə… Deyirdim ki, sənin nəvələrin var da, iki qızının da övladları var. Deyirdi, öz nəvəmi, oğul nəvəmi istəyirəm. Mete mənim üçün başqa dünyaya qapı açdı. O, mənim üçün hər şeydir. Öz oğlum doğulanda belə hisslər yaşamamışdım. İndi elə bil anayam mən, ya da nənəyəm mən… Nə bilim. Qoymayacağam ki, “bibi” desin. “Röya” desin”.

Chosen
10
olay.az

1Sources