EN

ABŞ: Rusiyadan uran idxalını dayandırmaq mümkün deyil

ABŞ Energetika Nazirliyinin rəhbəri Kris Rait bildirib ki, ölkə hələlik Rusiyadan zənginləşdirilmiş uran idxalını dayandıra bilmir.

Editor.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-da nüvə yanacağının istehsalı üçün zəruri istehsal gücü mövcud deyil.

“Bu problemi sabah həll edə bilməyi çox istərdim. Lakin hazırda biz Rusiyadan asılıyıq. Qeyd etmək istəyirəm ki, uran idxalının Rusiyanın gəlirlərinə və Ukraynadakı müharibənin maliyyələşdirilməsinə təsiri kifayət qədər məhduddur”, – deyə Rait CNN-ə açıqlamasında bildirib.

//Samir Qurbanov, Editor.az

Chosen
15
editor.az

1Sources