NASA alimləri də daxil olmaqla, beynəlxalq alimlər qrupu 2024 YR4 asteroidini nüvə zərbəsi ilə məhv etməyi təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə komandanın saytında yerləşdirilən araşdırmada deyilir.
Alimlər 2024 YR4-ün Ay və ya Yerlə toqquşmasının qarşısını almaq üçün iki variant təklif ediblər. Birincisi asteroidin orbitini dəyişdirmək, ikincisi isə asteroidi nüvə silahı ilə məhv etməkdir. Sonuncu variant üçün bir meqatonluq nüvə bombasının kifayət etməsidir.