EN

Tovuzda Mənsurə Məmmədovaya məxsus ev yandı

Tovuz rayonunun Abulbəyli kəndində yanğın qeydə alınıb.

Axar.az-ın məlumatına görə, kənd sakini Mənsurə Məmmədovaya məxsus 185 m² sahəsi olan evdə yanğın baş verib.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı 185 m² olan evin 125 m² hissəsi əşyaları ilə birlikdə tamamilə yanıb.

Yaxınlıqda olan evlər yağından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
7
6
axar.az

10Sources