EN

İsrailin paytaxtı səsdən sürətli raketlə VURULDU

Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançıları Təl-Əvivə hipersonik ballistik raket atıb.

Publika.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria "Əl Məsirə" televiziyasında bildirib.

O, hücumun çoxsaylı döyüş başlıqlarına malik hipersonik ballistik raket "Fələstin-2" ilə həyata keçirildiyini dəqiqləşdirib. Sariyanın sözlərinə görə, raket işğal altında olan Yaffa bölgəsində bir neçə mühüm hədəfi vurub. O, zərbənin uğurlu olduğunu iddia edir.

Sentyabrın 25-də İsrail qırıcıları Yəmənin şimalını idarə edən "Ənsar Allah" hərəkatının nəzarətində olan hərbi obyektlərə hücum edib. Husi lideri Bədr əd-Din əl-Husinin həftəlik müraciətinin yayımı zamanı hava hücumları paytaxt Sənanı , o cümlədən prezident sarayının daxilində yerləşən hərbi düşərgəni hədəf alıb.

Chosen
65
2
publika.az

10Sources