EN

“Arsenal”ın yetirməsi Billi Viqar 21 yaşında vəfat edib

Bakı. Trend:

“Arsenal” akademiyasının yetirməsi Billi Viqar 21 yaşındadünyasını dəyişib. Futbolçu sentyabrın 20-də “Çiçester Siti” –“Uinqeyt” matçı zamanı başından aldığı zədə nəticəsində həyatınıitirib.

Trend xəbər verirki, oyun 15-ci dəqiqədə Viqar yıxılaraq başını yerə möhkəm vurub.Ona ilkin tibbi yardım göstərilib və helikopterlə xəstəxanayaaparılıb, lakin futbolçu komaya düşüb.

İngiltərə Futbol Assosiasiyası bəyan edib: “Billi Viqarın vəfatıxəbəri ilə dərindən sarsıldıq. Bu inanılmaz çətin zamanda onunailəsinə, dostlarına, sevdiklərinə və ‘Çiçester Siti’ FutbolKlubunda hər kəsə dərin hüznlə başsağlığı veririk.”

Qeyd olunur ki, Vigar “Arsenal”ın gənclər komandalarında çıxışedib: 18 yaşadək futbolçular üçün 22, 21 yaşlılar üçün isə 5 oyunaqatılıb.

Chosen
13
4
az.trend.az

5Sources