EN

Rumıniyada təyyarələrin Rusiya və Ukrayna sərhədinə yaxın uçmaması tövsiyə edilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Buxarest, 25 sentyabr, AZƏRTAC

Rumıniyanın aviasiya xidməti ölkə ərazisindən uçuşlar həyata keçirən bütün aviaşirkətlərə və şəxsi təyyarə sahiblərinə xəbərdarlıq edərək Rusiyanın və Ukraynanın sərhədinə 370 kilometrdən yaxın məsafədə uçuşlardan çəkinməyi tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, bu addım regional təhlükəsizlik risklərinin artması ilə əlaqədardır.

Moldovaya istiqamətlənən uçuşlar zamanı pilotlar Kişineu hava nəzarətinin göstərişlərinə ciddi əməl etməlidirlər. Təhlükəsizlik tədbirlərinə əsasən, “buffer zona” 200 dəniz mili – təxminən 370 kilometr məsafədə müəyyən edilib.

Estoniya da oxşar tövsiyə ilə çıxış edib. Latviyada isə sərhədyanı bölgələrdə gecə saatlarında hava məkanının qismən bağlanması barədə qərar qəbul olunub. Rəsmi dairələr hesab edir ki, bu tədbirlər uçuşların təhlükəsizliyinin təmin olunması üçün zəruridir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
6
azertag.az

7Sources