EN

“Rafinyanı heç kim dəstəkləmədi”

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand “Barselona”nın hücumçusu Rafinya Diasın “Qızıl top” səsverməsində beşinci yeri tutmasına münasibət bildirib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Ferdinand braziliyalı oyunçunun layiqincə dəyərləndirilmədiyini vurğulayıb:

“Barselona”nın və İspaniya mətbuatının Rafinyanı müzakirə etdiyini eşitdim. Niyə o beşinci yeri tutdu? “Qızıl top”a bütün hazırlıq zamanı onlar heç vaxt Rafinyanın adını çəkmədilər, hamı ancaq Lamin Yamaldan danışırdı. İndi Rafinyanın daha çox şeyə layiq olduğunu deyirlər. Amma həqiqət budur ki, Rafinyanı heç kim dəstəkləməyib”.

28 yaşlı futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 57 oyunda meydana çıxıb, 34 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
futbolpress.az

1Sources