EN

Tramp $14 milyardlıq TikTok müqaviləsini təsdiqləyən fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp TikTok müqaviləsini təsdiqləyən fərmanı imzalayıb. Sazişə əsasən, Tik Tok-un qısa video platforması Amerika korporasiyalarının nəzarətinə keçir və ölkədə fəaliyyətini davam etdirəcək.

Şirkətin dəyəri razılaşma çərçivəsində 14 milyard dollar olaraq qiymətləndirilib.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, TikTok artıq amerikalılara qarşı “təbliğat aləti” kimi istifadə olunmayacaq.

Onun sözlərinə görə, sazişin əsas məqsədi ABŞ vətəndaşlarının şəxsi məlumatlarının qorunmasıdır.

“Biz amerikalıların məlumat məxfiliyini qanunun tələb etdiyi kimi qorunmasını təmin etdik.  Hesab edirik ki, buna nail olduq. Əlbəttə, iş davam edəcək. Amma indi amerikalılar TikTok-dan əvvəlkindən daha güvənliklə istifadə edə bilərlər,” — Vens deyib.

N.Təbrizli

Chosen
2
anews.az

1Sources