ain.az bildirir, Mia.az saytına əsaslanaraq.
Türkiyə və ABŞ arasında nüvə sahəsində əməkdaşlıq sazişi imzalanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sazişə Türkiyə adından Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar imza atıb.
Sazişlə bağlı açıqlama verən Bayraktar bildirib ki, nüvə enerjisi sahəsində Türkiyə ilə ABŞ arasında köklü və çoxölçülü tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir proses başlayıb: "Ümid edirəm ki, saziş çərçivəsində görülən işlər qarşıdakı dövrdə hər iki ölkə üçün qarşılıqlı fayda verəcək"
Samir Musayev
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.