EN

Dilin rənginə baxıb xəstəliyi "oxumaq" olur - Həkim

Dilimizi orqanizmin özünəməxsus "güzgüsü" adlandırmaq olar, çünki o, daxili orqanların fəaliyyətindəki pozuntuları əks etdirir.

Milli.Az xəbər verir ki, "qazeta"ya danışan "SM-Klinika"nın qastroenteroloqu Yuliya Zabolotskayanın sözlərinə görə sağlam dildə nəzərəçarpacaq örtük, quruluq və struktur dəyişikliyi olmamalıdır, o, açıq-çəhrayı rəngdə görünməlidir.

"Ən çox rast gəlinən şikayət ağımtıl və ya boz-ağ rəngli qalın naletdir. Əgər o, nazik qat halında yalnız səhərlər əmələ gəlirsə, norma sayıla bilər. Lakin qalın qat çox vaxt qastrit, onikibarmaq bağırsağın iltihabı, mədə xorası və bəzən də göbələk infeksiyası ilə bağlı olur.

Sarı rəngli örtük öd kisəsinin fəaliyyətində problemlər və ya reflüks, yəni mədədən qida borusuna turşu qayıtması barədə xəbər verə bilər. Bu əlamət uzun müddət siqaret çəkən insanlarda da müşahidə olunur.

Parlaq-qırmızı, "cilalanmış" dil isə B12 vitamini çatışmazlığının göstəricisi ola bilər və bu, çox vaxt atrofik qastrit fonunda yaranır.

Narahatlıq doğuran digər əlamətlərə dildə xırda yaralar, eroziyalar, kənarlarında diş izləri, papillaların forma və ölçüsündə dəyişikliklər daxildir.

Dil yalnız mümkün problemləri göstərir, diaqnoz qoymaq üçün əsas vasitə deyil. Buna görə də, dəyişikliklər bir həftədən çox davam edirsə və əlavə xoşagəlməz simptomlarla müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir. Vaxtında diaqnoz xəstəliyin daha asan müalicəsinə və yaxşı əhval-ruhiyyənin bərpasına imkan yaradır.

İsmayıl
Milli.Az

Chosen
10
1
milli.az

10Sources