ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumundan sonra Rusiyanın Krasnodar diyarındakı Afipski neft emalı zavodunda yanğın baş verib. Reyting.az bildirir ki, bu barədə Rusiya FHN-nin yerli idarəsi məlumat yayıb. Regional əməliyyat qrupunun məlumatına görə, yanğına səbəb pilotsuz təyyarənin zavodun üzərinə düşməsidir: “Dronun qalıqları emal bölmələrindən birinin üzərinə düşüb. Xəsarət alan olmayıb. Yanğının ümumi sahəsi 30 kvadratmetrdir”. V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.